Siyasət 16:46 27.01.2020

İstefa verən DSK sədrinin yerinə təyinat

Xətai rayonu 35 saylı üçüncü Dairə Seçki Komissiyasının sədri İmran Hüseynəliyev həlledici səs hüququ vəzifəsindən azad edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib.

Onun yerinə isə Qaratov Qarat Şahnəzar oğlu təyin edilib.

Qeyd edək ki, İ.Hüseynəliyev öz xahişi ilə vəzifəsindən azad edilib.