Ekonomiks 11:35 22.02.2020

İsveç Mərkəzi Bankı elektron pulu sınaqdan keçirməyə başladı

İsveç Mərkəzi Bankı "Accenture konsultinq” şirkəti ilə birgə elektron pul vahidini sınaqdan keçirməyə başlayıb.

Qaynarinfo xarici mətbuata istiandən xəbər verir ki, layihənin məqsədi gələcəkdə nağd pula alternativ olan təhlüksizlik və performansa yüksək cavab verən sadə və istifadəsi asan bir rəqəmsal valyuta yaratmaqdır.

2021-ci ilin fevralına qədər davam edəcək e-kronanın sınağı təcrid olunmuş mühitdə baş tutacaq. İstifadəçilər elektron pulları rəqəmsal pul kisəsində saxlaya, ödənişlər edə, eyni zamanda hesabları dondura və mobil tətbiq vasitəsilə vəsait götürə bilərlər. Hətta ağıllı saatlar və kartlar kimi köhnələn cihazlardan istifadə etməklə də ödəniş etmək mümkün olacaq. 

Pilot layihə blokçeyn texnologiyasına əsaslanır.

Camal