Xəbər lenti

İsveçin
Texnologiya 16:35 25.03.2018

İsveçin "Twitter" hesabını vətəndaşlar idarə edir (FOTO)

İsveçin rəsmi "Twitter" hesabı 2011-ci ilin dekabrından bəri vətəndaşlar tərəfindən idarə olunur. 

Qaynarinfo xəbər verir ki, hər həftə dəyişən istifadəçi hesabın profil şəkli, adı və paylaşımlarına özü qərar verir. Belə bir qayda hazırda sadəcə İsveçdə tətbiq olunur.

Lakin bu, daha əvvəl mənfi hadisələrin yaşanmasına səbəb olub. 2012-ci ildə hesabın idarəsi verilən vətəndaş yəhudilərlə bağlı mənfi fikirlər səsləndirmiş, mübahisə və etirazlara səbəb olmuşdu. Hazırda hesab Hanna adlı 22 yaşlı gəncin nəzarətindədir.

Qeyd edək ki, İsveç 2016-cı ildə digər maraqlı addım atmış, ölkənin telefon nömrəsi izləyicilərlə paylaşılmışdı. Beləliklə, dünyanın müxtəlif yerindən zəng edən şəxslər telefona cavab verən İsveç vətəndaşları ilə danışa bilirdi.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->