İdman 21:04 28.06.2020

İtaliya klubundan türk futbolçu üçün 30 milyon avro

İtaliyanın "Napoli" klubu "Roma"dan Çingiz Ündəri transfer etmək istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin aparıcı idman nəşrlərindən olan "Corriere dello Sport" məlumat yayıb.

Bildirilir ki, "Napoli" türk futbolçunu transfer siyahısına daxil edib. Neapol təmsilçisi 22 yaşlı forvard üçün 30 milyon avro təklif edir.

Bu keçid baş tutsa, Türkiyənin "Başakşəhər" klubu da pul qazanacaq. Belə ki, Super Liqa klubu Çingiz Ündəri 2017-ci ilin yayında "Roma"ya 14,25 milyon avroya satıb. Müqavilə şərtlərinə əsasən, futbolçu digər kluba satılarsa, transfer haqqının 20 faizi "Başakşəhər"ə çatmalıdı.