Video 16:49 22.05.2020

İtaliya parlamentində qalmaqal: baş nazir öskürdü, müxaliflər isə... (VİDEO)

İtaliya parlamentinin koronavirus pandemiyası çərçivəsində keçirilən sessiyasında qalmaqal yanşanıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, sessiyaya qatılan baş nazir Cüzeppe Konte çıxışı zamanı öskürməyə başlayıb. Parlamentin müxalif deputatları isə "Maska tax" deyə Konteyə etiraz ediblər. Öskürəyi dayanmayan baş nazir dəfələrlə su içib. Spiker isə zalda qışqıran deputatları sakit olmağa çağırıb.

Daha sonra Konte, "Fikrimi tamamlayıram. Boğazımda problem var", - deyərək çıxışını saxlayıb.

Onun boğula-boğula öskürməsi yerli mətbuatın gündəminə düşüb.

Camal