Xəbər lenti

İtaliya XİN rəsmisi: Biz TAP-ın tikintisində maraqlıyıq
Ekonomiks 17:57 25.06.2018

İtaliya XİN rəsmisi: Biz TAP-ın tikintisində maraqlıyıq

İtaliya Trans Adriatik təbii qaz boru kəmərinin (TAP) tikintisində maraqlıdır.

Finans.az angi.ru-ya istinadən xəbər verir ki, bu barədə İtaliya xarici işlər nazirinin müavini Qulyelmo Pikki RİA Novosti-yə açıqlamasında deyib.

"TAP İtaliya və Avropa üçün vacib infrastrukturun bir hissədir. Biz onu istismara vermək istəyirik, əlbəttə ki, ətraf mühit üçün mümkün təsirlərini nəzərə almaqla”-Pikki qeyd edib.

İyunun əvvəlində İtaliya ətraf mühit məsəlləri üzrə yeni nazir TAP layihəsini mənasız hesab etdiyini demişdi.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->