Video 13:43 19.11.2019

İtaliyada cəhənnəm günləri: Venesiya niyə su altında qalıb? (VİDEO)

Venesiyada selin rekord səviyyədə olması ilk növbədə pis hava şəraitinin uğursuz təsadüfüylə bağlıdır – İtaliyanın, demək olar ki, bütün şimalı iki güclü antiklonun arasına düşüb.

Qaynarinfo xəbər verir ki, bu sözləri fizik Alvisye Pap Venesiyanın su altında qalması haqda açıqlamasında deyib. Fizikin sözlərinə görə, yüksək qabarma və əsən güclü küləklərlərin həddən artıq aşağı atmosfer təzyiqi ilə birləşməsi suyun səviyyəsinin indi iki metrə qədər endiyi Venesiyada daha ağır nəticələrə səbəb olub. Bununla birlikdə, İtaliyadakı "cəhənnəm günləri" həm də dünyada baş verən iqlim dəyişikliyinin nəticəsidir.

"Biz bu qədər güclü fenomenlə qarşılaşmamışıq. Bunun baş verməsi isə o deməkdir ki, fəlakət yenidən baş verə bilər... Biz ancaq 20-30 il sonra bu hadisədə qlobal istiləşmənin rolu olub-olmadığıə haqda fikir yürüdə bilərik. Daşqınlar iqlim dəyişikliyi ilə əlaqələndirilə bilərmi? Əlbəttə, çünki 200 il ərzində bu səviyyədə hadisə qeydə almamışıq, bu isə o deməkdir ki, nəsə dəyişiklik baş verib”, - Alvizye Pap deyib.

Alpər