İtaliyanın radikal sağçı Lig partiyası və müxalif 5 Ulduz Hərəkatı (M5S) hökumət formalaşdıracaqları təqdirdə həmin hökumətdə masonlara yer verilməyəcəyini açıqlayıblar.
Qaynarinfo xəbər verir ki, bu qərar 2 həftə aparılan müzakirələrdən sonra qəbul edilib.
"Çirkli pul yuma və maliyyə hesabatında saxtakarlıq da daxil olmaqla sübut olunmamış belə olsa bu tip cinayətlərdə ittiham olunan şəxslər, masonlar və nümayəndəliklərlə öz mənafeləri naminə qarşıdurma içərisində olanlar hökumətdə yer ala bilməzlər. Hökumət üzvləri barələrində araşdırma və ya cinayət işi açıldığı təqdirdə bu haqda vaxtında məlumat verməlidirlər", - deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, M5S partiyası parlament seçkiləri ərəfəsində bir neçə millət vəkilliyinə namizədinin adını öncədən hansısa Mason lojasına üzv olduğunu öyrəndikdən sonra siyahıdan çıxarmışdı.
M5S-in lideri Luici Di Maio bu namizədləri partiyadan kənarlaşdırmaqla yanaşı, M5S-in nüfuzuna xələl gətirdikləri səbəbindən onlar barəsində dava açacaqlarını da bildirmişdi.
Qeyd edək ki, İtaliyada martın 4-də keçirilən seçkidə heç bir partiya və ittifaq hökumət qurmaq üçün yetərli səs toplaya bilmədiyindən, koalisiyalı hökumət urulması üçün müzakirələrə başlanmışdı.
Şərhlər