İtaliyadan Azərbaycana gələn həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq

İtaliyadan Azərbaycana gələn həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq

"COVİD-19 xəstələrini müalicə etmək üçün İtaliyadan Azərbaycana 6 həkim gəlib. İtaliyalı həkimlər 3 həftə boyunca Azərbaycanda olacaqlar".

Bu fikirləri İtaliya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli deyib. Azər Kərimlinin sözlərinə görə, COVİD-19 pandemiyasından ən çox ziyan çəkən ölkələr arasında İtaliya ön sıralarda yer alıb:

"Koronavirusla mübarizədə Avropa ölkələri arasında İtaliya dövləti həm maddi, həm də böyük insan itkisilə üzləşib. Pandemiyanın ilk vaxtlarında İtaliyada vəziyyət o dərəcədə dəhşətli idi ki, həkimlər məcburən seçim qarşısında qaldıqlarını bildirirdilər. Çünki xəstələrin sayı olduqca çox idi. Belə olan halda bir qədər yaşlı insanların yerinə gənc insanların həyatda qalmasına səy göstərməyə məcbur idilər".
 
İşçi qrupunun rəhbəri bildirib ki, İtaliya dövləti ötən 5 ay ərzində koronavirusla mübarizədə çox böyük təcrübə toplayıb:

"Eyni zamanda, Azərbaycan İtaliyaya ilk maddi yardım edən dövlətlərdən olub. Bu da təbiidir, çünki İtaliya ilə strateji tərəfdaşlığımız, dostluğumuz var. Artıq bir çox Avropa ölkələri ilə müqayisədə İtaliyada vəziyyət daha məqbuldur. Hazırda ölkəmizə təşrif buyuran italiyalı həkimlər çox peşəkardırlar. Hesab edirəm ki, onlar COVİD-19 pandemiyasından əziyyət çəkən ağır xəstələrin tezliklə sağalmasına öz töhvələrini verəcəklər".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR