Şəhid polkovnik-leytenant dəfn edildi (YENİLƏNİB/FOTO)

Şəhid polkovnik-leytenant dəfn edildi (YENİLƏNİB/FOTO)

Azərbaycan Ordusunun Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlu dəfn edilib.

"Report”un xəbərinə görə, Y.Sdıqov doğulduğu Füzulinin Bala Bəhmənli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Y.Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb.

Y.Sadıqov ailəli idi, iki övladı var.
 
09.07

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.
 
Bu barədə "Qafqazinfo"ya şəhid zabitimizin yaxınları məlumat verib.

46 yaşlı zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. Bu gün şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.
 
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qaldı.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR