Xəbər lenti

İtlərə çip yerləşdiriləcək
Ekonomiks 12:17 05.08.2013

İtlərə çip yerləşdiriləcək

Britaniya hökumətinin hazırladığı yeni qanun layihəsində bildirilir ki, 2016-cı ilə kimi bütün itlərə mikroçip daxil edilməlidir. Bu addım ev heyvanları sahiblərinin məsuliyyətini artırmaqla yanaşı, həm də sahibsiz itlərin sayının azalmasına gətirib çıxaracaq. Buğda ölçüdə olan mikroçip kürəklər arasındakı dərinin altına yerləşdiriləcək və itlərini itirmiş sahibləri müəyyən etməyə imkan verəcək.

“İct.az” xəbər verir ki, Böyük Britaniyada hər il təxminən 110 minə yaxın it evsiz qalır və ya itir. Onların sığınacaqlarla təminatı Britaniya vergi ödəyicilərinə 57 milyon funt-sterlinqə başa gəlir. Bu gün ölkədə itlərin 60%-i mikroçip daşıyıcısıdır. Lakin bu tədbir üç ildən sonra mütləq xarakter daşıyacaq. Qanunun pozulmasına görə isə it sahibi 500 funt ödəməli olacaq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->