Xəbər lenti

İvitsa Daçiç Azərbaycana gəlir
Siyasət 15:00 27.08.2014

İvitsa Daçiç Azərbaycana gəlir

Bakıda Azərbaycan və Serbiya arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunacaq. 

Ans press-in Serbiyanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, danışıqlar Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin sentyabrın 9-10-da Azərbaycana gözlənilən səfəri çərçivəsində baş tutacaq. 

Diplomatik nümayəndəlikdən deyiblər ki, İ.Daçiçin Azərbaycana səfəri çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirəsi gözlənilir.

Qeyd edək ki, Serbiya və Azərbaycan ikitərəfli əlaqələri dinamik inkişaf edən strateji tərəfdaşlardır. Hazırda ölkələr arasında normativ-hüquq baza təqribən 30 sazişdən ibarətdir.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-iyul aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 2677,13 min dollar təşkil edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->