Pamela Andersonun əri Rik Salomon onu silsilə qətllərdə ittiham edib. Anspress-in məlumatına görə, boşanmağa qərar vermiş 47 yaşlı pornoulduzun əri şok açıqlamalar verib.
"Seks zamanı ərim məni boğmağa başladı. Son vaxtlar qumara qurşanmışdı, çox içirdi. Hər gün ədəbsiz sözlərlə məni təhqir edir, üzümə tüpürür və "qoca fahişə" deyirdi. Artıq onunla bir yerdə yaşamaq istəmirəm" - deyərək boşanmağa qərar verdiyini bəyan edən Pamela qarşı tərəfin ittihamları ilə qarşılaşıb.
Pik Salomon Pamelanın çoxsaylı abortlar etdiyini söyləyərək onu silsilə qatil adlandırıb: "Mən onun silsilə qatil olduğunu bilmirdim. Pamela əvvəlki ərlərinin uşaqlarını dünyaya gəlmədən öldürüb. Onu həbsə atmaq lazımdır. Biz evləndikdə məndən uşaq doğmaq istədiyini dedin. Hamilə qaldıqda isə abort etdirdin".
Rik pornoulduz barədə danışarkən ona "iyrənc" deyib: "Pamela iyrəncdir. Heyvanlara sevgidən danışır, amma ev onun hər zaman yediyi balıq qoxusu ilə iylənir. Vegetarianlara hörmət etdiyini deyir, özü isə evdə donuz əti yeyir".
Pamela Anderson kinoprodüsser Rik Salomona 2007-ci ildə ərə gedib, lakin nikah 2 ay sürüb və tərəflər rəsmən boşanıblar. 2014-cü ilin yanvarında isə sarışın aktrisa yenidən Salomona ərə gedib və yenidən birlikdə olduqları üçün xoşbəxt olduğunu deyirdi. Yarım ildən sonra boşanmaq qərarı versələr də, fikirlərindən dönmüşdülər. İndi isə üçüncü boşanma cəhdinin zamanı gəlib çatıb.
3 dəfə ərdə olan Pamela Anderson birinci dəfə 1995-ci ildə rok-musiqiçi Tommi Li ilə ailə həyatı qurmuşdu. Bu nikahdan Brendan və Dilan adlarında oğulları doğulub. Tommi birlikdə olduqları zaman dəfələrlə arvadını döyüb. Nəticədə cütlük 2000-ci ildə boşanıb.
Pamela ikinci dəfə rok-musiqiçi Kid Roka ərə gedir. Onların yaxtada baş tutan toyunda gəlin yalnız bəyaz alt paltarında olur. Bu evlilik cəmi 4 ay davam edir.
Qaynar.info
Şərhlər