Xəbər lenti

Jurnalist Əfqan Sadıqov azadlığa buraxıldı
Ölkə 13:18 23.05.2018

Jurnalist Əfqan Sadıqov azadlığa buraxıldı

"Azel.tv" saytının təsisçisi və redaktoru Əfqan Sadıqov sərbəst buraxılıb.

Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, o, mayın 22-də azadlığa çıxıb.

Qeyd edək ki, "Azel.tv" saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. Ə.Sadıqov icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə təqsirləndirilsə də, ittihamı qəbul etmir.

O, 2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ali Məhkəmənin qərarı ilə onun cəzası bir il azaldılıb.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş, Yasamal Rayon İcra Hakimiyyətinin indiki başçısı Əziz Əzizov xüsusi ittiham ilə məhkəməyə müraciət edib. İcra başçısı jurnalisti ona qarşı böhtan yaymaqda günahlandırıb. Lakin Ə.Əzizov Cəlilabad Rayon Məhkəməsində xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini geri götürüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->