Kadırov İsrailə hədə-qorxu gəldi:

Kadırov İsrailə hədə-qorxu gəldi: "Yerusəlim üzr istəməlidir..."

İsrail hökuməti Qüdsdə Əl-Əqsa məscidində fələstinli inanclılarla qarşıdurmaya görə üzr istəməlidir. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov deyib. Onun sözlərinə görə, İsrail hökumətinin hərəkətləri "çox incə şəkildə təxribatdır" ki, buna görə də müsəlmanlar cavab olaraq qanunu pozurlar. Qeyd edək ki, mayın 10-da baş verən hadisələr ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

"Şərqi Qüdsdə İsrail səlahiyyətliləri tərəfindən bu günlərdə əsassız hərbi əməliyyat həyata keçirildi... Dünya müsəlmanlarının çox hörmətli iki bayramı var. Ramazan da onlardan biridir. İsrail rəhbərliyi cəza əməliyyatı üçün möminlərin ən müqəddəs günlərini seçib. Bu, ən yayılmış formada təxribatdan başqa bir şey deyil", - deyə Kadırov Telegram kanalında yazıb.

Onun fikrincə, dünya birliyinin baş verənlər fonunda susmağa haqqı yoxdur, "qanunsuzluğa" son qoyulmalıdır.

Şərqi Qüdsdəki vəziyyətlə əlaqədar olaraq 10 may bazar ertəsi günü BMT Təhlükəsizlik Şurasının iclası planlaşdırılır. "Qızılay"ın məlumatlarına əsasən, İsrail polisinin hərəkətləri nəticəsində hadisə zamanı 200-dən çox fələstinli yaralanıb.
 
Alpər
X
XƏBƏRLƏR
BLOGLAR