Video 17:19 06.04.2020

Kadırov karantini pozan çeçeni döyən polisi təriflədi, təşviq etdi (VİDEO)

Çeçenistanın başçısı Ramzan Kadırov özüntəcrid rejimini pozduğuna görə Arqun sakinini döyən polis məmurunun hərəkətlərini yüksək qiymətləndirib.

Qaynarinfo "Dojd”a istinadla xəbər verir ki, hadisə haqda hüquq müdafiəçisi Əbubəkr Yanqulbayev məlumat verib. O, aprelin 4-də kişinin döyülməsi ilə bağlı videonu yayıb. Daha sonra videonu zərərçəkənin öz xahişi ilə sildiyini bildirib. Aprelin 5-də döyülən şəxs, onun qardaşı və videonu çəkib yayan iki başqa şəxs Çeçenistan dövlət televiziyasının efirindən üzr istəyib. 

Bununola belə, Kadırov təhlükəsizlik işçisinin hərəkətini tərifləyib. Əvvəlcə polis məmurunun hərəkətlərindən narazı qaldığını etiraf etsə də, sonra bunun o qədər pis niyyətli olmadığını deyib, rejimi pozan şəxsi isə "dəli" adlandırıb.

"Minlərlə insanı dəfn etməkdənsə birini döymək daha yaxşıdır", - deyən Kadırov, nəinki polisi tənqid etmədiyini, hətta təşviq etmək niyyətində olduğunu da bildirib.

Alpər