Xəbər lenti

Kadırov MMA çempionu Yemelyanenko ilə döyüşdü
İdman 17:17 25.02.2020

Kadırov MMA çempionu Yemelyanenko ilə döyüşdü

MMA döyüşçüsü Aleksandr Yemelyanenko İnstaqram səhifəsində Çeçenistan rəhbəri Ramzan Kadırovla bir neçə həftə əvvəl anons edilmiş döyüşünün baş tutduğunu yazıb.

Qaynarinfo xəbər verir ki, döyüşçü "Ramzan sözünə əməl edən adamdır! Əlcək geyindi və rinqə çıxdı", - deyə İnstaqram səhifəsində qeyd edib.
Şəkildə Yemelyanenko və Kadırov rinqdə döyüş vəziyyətində görünür. Səkkizguşəli rinqin arxasında onlarla birlikdə iki fotoqraf var.

Xatırladaq ki, dekabr ayının sonlarında Ramzan Kadırov Aleksandr Yemelyanenkonu döyüşə çağırıb. Üç gün sonra Yemelyanenko Kadırovun çağırışına cavab olaraq bir video paylaşıb: "Səninlə riqə çıxmağa və döyüşməyə hazıram. Hansı qaydalara döyüşmək və məkan seçimini də sənə həvalə edirəm, əziz dostum”.

Bundan sonra tərəflər bir sıra bəyanatlarla çıxış edib. Kadırov bir zərbə ilə Yemelyanenkonu məğlub edəcəyini deyib, Yemelyanenko isə Çeçenistan rəhbərindən onu ağır vurmamasını xahiş edib.

Hələ ki döyüşlə bağlı heç bir məlumat verilməyib. Heç bir video da yerləşdirilməyib. Bəlkə də sonradan videonu Ramzan Kadırovun özü yükləyəcək. Eyni zamanda, bloqun bəzi oxucuları hesab edib ki, Ymelyanenko ilə döyüş sadəcə görüntü yaratmaq üçün keçirilib və toxunuşsuz olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->