Çeçenistan rəhbəri Ramzan Kadırov respublikanın Ali Məhkəməsinin keçmiş hakimi Səidi Yanqulbayevin Rusiyanı tərk etməsinə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, o, bu haqda Telegram-da yazıb. Yanqulbayev "ağıllı uşaqlar yetişdirə bilmədi və onları ekstremist bəyanatlara görə qınamaq əvəzinə, məhkəmə sisteminə xəyanət etdi, onlara dəstək oldu və hakim statusu arxasında gizlənərək qaçdı", - Kadırov vurğulayıb. O əlavə edib ki, Yanqulbayevin ailəsi öz təxribatları və intriqaları ilə respublika hakimiyyətinin terrorçuları və onların əlaltılarını məhv etmək səylərini puça çıxarıb.
Çeçenistan rəhbəri söz verib ki, "yanqulbayevlər hara qaçıblarsa,” o və komandası qanuna uyğun olaraq onların tapılması üçün hər şeyi edəcək, "müqavimət göstərsələr, məhv ediləcəklər”.
Kadırov həmçinin hüquq müdafiəçisi, İşgəncələrə Qarşı Komitənin təsisçisi İqor Kalyapin və "Novaya Qazeta”nın jurnalisti Yelena Milaşinanı "Çeçenistan Respublikası və çeçenlər mövzusunda yazılar hazırlayıb, mətnləri və davranışları onların qulağına pıçıldamaqla pul qazanan terrorçular” adlandırıb. Çeçenistan rəhbəri Rusiya hüquq-mühafizə orqanlarına "terrorçuların bu şəriklərinin” tutulması üçün müraciət edib.
Bundan əvvəl Kadırov bildirmişdi ki, bütün Yanqulbayevlər ailəsi Telegram kanallarından birində biabırçı yazılarla əllərini bulayıb və bu insanların şərəf və ləyaqət anlayışı yoxdur. O, əlavə edib ki, çeçen sabiq hakimin ailəsi "həbsxana və ya torpağın altı gözləyir” və Yanqulbayevlərin hərəkətlərini terrorizm və ekstremizmlə əlaqələndirib. Kadırov əmindir ki, onlar "qanunla nəzərdə tutulduğu kimi” saxlanılmalı və cəzalandırılmalıdırlar.
Xatırladaq ki, bu ərəfədə keçmiş federal hakim Saydi Yanqulbayevin həyat yoldaşı Zaremanın Nijni Novqoroddakı mənzildən qaçırıldığı məlum olub. Kadırov iddia edib ki, Çeçenistandan olan polisin əməliyyatı Nijni Novqoroddan olan həmkarları ilə razılaşdırılıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının bütün hərəkətləri Rusiya Federasiyasının prosessual qanunvericiliyinə uyğun həyata keçirilib. Qadının oğlu Abubakar Yanqulbayev əmin idi ki, anasının şahid qismində saxlandığı dələduzluq işi ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, o, anasının Çeçenistan Ombudsmanı ilə söhbətinin videoyazısına münasibət bildirərək, anasının nitqinin ləngidiyini, sanki "onu hansısa həblə narkotika qəbul etdiyini” qeyd edib.
Alpər
Şərhlər