Video 10:22 17.05.2021

"Kainat gözəli” yarışmasının qalibi məlum oldu (VİDEO)

Hollivudda keçirilən gözəllik müsabiqəsinin qalibi elan edilib. 

Qaynarinfo xəbər verir ki, meksikalı Andreya Meza "Miss Universe"nin yeni qalibi olub. Tacı ona 2019-cu ilin qalibi, Cənubi Afrikadan olan model Zosibini Tunzi təqdim edib. Bu barədə məlumat müsabiqənin rəsmi İnstaqramında yer alıb.

Yarışmanın lider beşliyinə Hindistan, Peru, Dominikan Respublikası və Braziliyadan olan qızlar daxil olub.

"Meksika, bütün bunlar sınin üçündür!” – qalib öz İnstaqramında yazıb.

Mezanın həmvətənləri bu yüksək mükafatı yalnız iki dəfə - 1991 və 2010-cu illərdə almağa müvəffəq olublar. "Miss Universe” titulunun lideri Amerika Birləşmiş Ştatlarıdır - bu ölkənin vətəndaşları səkkiz dəfə gözəllik yarışmasında qalib gəlib.

Rusiya təmsilçisi Alina Sankonun yarışın yarımfinalına çıxa bilməyərək yarışı tərk edib. 2019-cu ildə "Miss Rusiya” titulunu qazanan qız Hollivudda keçirilən indiki müsabiqənin ilk 21 iştirakçısı sırasına girə biləyib.
 
Alpər