ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınları səbəbilə fövqəladə vəziyyət elan edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 178 kvadrat km ərazini əhatə edən yanğın 2 nəfərin ölümünə, 65 tikilinin ciddi zərər görməsinə səbəb olub. Kesvik qəsəbəsini külə döndərən yanğın hazırda Reddinqi təhlükə altında saxlayır. Bu günə qədər 6 min nəfər təxliyə olunub.
Yanğını söndürmək üçün əraziyə 200 yanğınsöndürən, helikopterlər, təyyarələr cəlb edilib.
Fəlakətin səbəbkarı hesab edilən 32 yaşlı Brandon Makqlovə isə həbs edilib.
Gülşən
Şərhlər