Xəbər lenti

Dünya 09:13 13.03.2020

Kanada baş nazirinin xanımı koronavirusa tutuldu

Kanadanın baş naziri Castin Trudonun həyat yoldaşı Sofi Qreqor Trudoda yeni növ koronavirus aşkarlanıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanada baş nazirinin ofisi məlumat yayıb. Açıqlamada onun vəziyyətinin yaxşı olduğu və lazımi addımların atıldığı bildirilib.

Baş nazirin səhhətinin isə yaxşı olduğu və onda virus əlamətlərinə rast gəlinmədiyi qeyd olunub. Baş nazir də 14 gün karantin altında qalacaq.

Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->