Azərbaycan Respublikasının Ağdam rayonunun işğal altındakı "Uxtasar” adlandırılmış Şelli kəndinə yeni su kəməri çəkilir.
Qaynarinfo moderator.az-a istinadən xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.
Məlumata görə, 1993-cü ildən bəri içməli su, eləcə də suvarma suyu ilə bağlı ciddi problemlər yaşanan kənddə sülənən ermənilər üçün yeni su kəməri ümumerməni "Hayastan” fondunun Kanadanın Toronto şəhərində fəaliyyət göstərən filialının həmin ölkənin vətəndaşları olan fəalları maliyyələşdirir.
Şərhlər