Əlbəttə ki, virtual səyahətlər əsl səyahəti əvəz edə bilməz. Ancaq pandemiya dövründə virtual səyahət, istənilən vaxt dünyanı pulsuz görmək imkanı verir.
"Google”in Foto Turları – "Google Xəritə”də küçə görünüşü ilə artıq heç kəsi təəccübləndirmək mümkün deyil. Lakin bu layihənin iştirakçıları sırf küçəni çəkməkdən əlavə, foto turlar və bütövlükdə, virtual səyahətlər yaradırlar. Foto turlar Tac Mahalın yaxınlığında gəzmək, Burc Xəlifənin 800 metrlik göydələnindən Dubaya və ya Eyfel Qülləsinin hər üç baxış platformasından Parisə baxmaq imkanı verir.
https://www.google.com/streetview/
Virtual muzeylər - Digər bir "Google” layihəsi incəsənətə həsr edilib. Elə adı da İncəsənət Layihəsidir. Bu təvazökar adın arxasında inanılmaz bir ekspozisiya yerləşir - dünyanın ən yaxşı muzeylərindən on minlərlə rəsm əsəri. Bəzi muzeylər, hətta yalnız ekspozisiyalarını deyil, həm də binaları lentə almağa icazə verdilər. İndi Venesiyadakı Doge Sarayının salonlarında kreslonuzdan qalxmadan gəzə və ya Afina Akropolu Muzeyini ziyarət edə bilərsiniz. https:
//artsandculture.google.com/
Beynəlxalq Kosmik Stansiya (BKS) üzərində veb-kamera: "Curiosity” vasitəsilə çəkilən Mars salnamələri uzun gecikmə ilə Yer kürəsinə gəlir, lakin Beynəlxalq Kosmik Stansiyadakı veb-kamera, planetin səthindən sanki 400 km məsafədə deyil, çox yaxın bir yerdə olduğu kimi canlı yayımdadır.
http://www.ustream.tv/channel/iss-hdev-payload
Bütün dünyadakı veb-kameralar: BKS pəncərəsindən görüntü sizin üçün bir qədər qorxuludursa, daha "yaxında yerləşən" bir mənzərəyə baxa bilərsiniz. Məsələn, Atlanta zooparkında pandaları seyr etmək və yaxud, Londonun əfsanəvi Abbey Road kəsişməsində bir neçə saat gəzə bilərsiniz. www.earthcam.com -da dünyanın hər yerində - Nyu-Yorkdan Banqkokadək quraşdırılmış veb-kameralar kolleksiyası var.
Mənbə: Kaspi.az
Şərhlər