Video 12:55 10.04.2020

Karantin rejiminin pozulmasına görə məsuliyyətə cəlb edilənlərin sayı açıqlandı (VİDEO)

Karantin rejimini pozan 11318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

Bildirilir ki, ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulması səbəbindən aprelin 9-u saat 00:00-dan sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1359 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 11318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.