Ölkə 16:01 21.01.2021

Karantini pozduğu üçün həbs edilənlərin sayı açıqlandı

Ölkə üzrə karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 20-də ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində həbs, 1296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.