Qəfil ölümün yaxınlaşdığını göstərən bir sıra əlamətlər var.
Qaynarinfo xəbər verir ki, bunu kardioloq Anatoli Trifonov deyib.
Həkimin sözlərinə görə, sözün həqiqi mənasında "üzə yazılmış" simptomlardan söhbət gedir - bunlar halsızlıq, nəfəs darlığı, süstlük, qəfil qorxu, üzün qızarması, solğun dəri, genişlənmiş göz bəbəkləri və tez-tez bayılmadır. Xroniki ürək-damar xəstəliyi vəziyyətində simptomlar ölümdən 10-15 gün əvvəl görünə bilər.
Əsas və ən təhlükəli simptomlar dərinin ət rəngindən maviyə çevrilməsi, ətrafların soyuması və qıcolmalardır. Bu vəziyyətdə adam 1,5-2 saat ərzində ürək çatışmazlığından ölə bilər.
Bir insanın oxşar klinik əlamətləri varsa, o zaman təcili olaraq həkimə müraciət etmək lazımdır.
Alpər
Şərhlər