Peterson dünya iqtisadiyyatı İnstitutu 2014-cü ildə göstərdiyi bir araşdırmanın nəticələrini açıqladı: Avropadakı milyarderlərin yarısı və ABŞ-da ən zəngin insanların üçdə biri öz miraslarını devraldı. Buna baxmayaraq, milyarderlərin hamısı əvvəlcədən zəngin olmayıb. Bir çoxları yoxsulluqda yaşayıblar və öz uğurlarını əziyyətlə əldə ediblər. Onların sırasında Ralph Lauren və Roman Abramoviçində olduğunu öyrənəndə siz çox təəcüblənəcəksiniz.
Guy Laliberte, "Dyu Soleil"sirkinin qurucusu,sərvəti-1,2 milyard dollar
Laliberte sadə bir sirk işçisi kimi başlamışdı-alov udur, ip üzərində gəzir və akkordeonda oynayırdı. 1983-cü ildə Kanada hökumətinin Kanadanın açılışının 450-ci ildönümünə həsr olunduğu şouda 1,3 milyon dollar mükafat qazandı.Sonra isə həmkarları ilə birlikdə geri dönmək üçün bilet almadan Quebec-dan Las-Veqas ştatına yollandılar. Beləliklə məşhur "Dyu Soleil" sirki yarandı. 2015-ci ildə Laliberte şirkətin özünə məxsus olan payının çox hissəsini satdı,(müqavilədən əvvəl 90%,bu gün isə-10%) lakin onun icraçı direktoru olaraq qalır.
Howard Schultz, Starbucks qəhvəxanasının köhnə icraçı direktoru,sərvəti-2,6 milyard dollar
Schultz yoxsul insanların yaşadığı bir məhəllədə böyüyüb. Əyləncəsi yalnız basketbol və futbol meydançaları idi.O kollecə məhz futbol təqaüdü ilə daxil olub-və ailəsində ilk ali təhsil alan olub. Universitetdən və Xeroxda işlədikdən sonra, 1987-ci ildə o zaman kofe mağazası kimi fəaliyyət gostərən Starbucks-a başçılıq etmək təklif olunub. O vaxtdan bəri Starbucks qəhvə evlərinin tam hüquqlu şəbəkəsinə çevrilib və satış nöqtələrinin sayı ev bazarında 60-dan 16,000-ə qədər bütün dünyada artmışdır.
Oprah Winfrey, televiziya aparıcısı,sərvət-3 milyard dollar
Oprah kasıb bir ailədə dünyaya gəlib, amma bu, Tennesse ştatının universitetində təqaüd almağa və 19 yaşında ilk afroamerikalı müxbirə çevrilməsinə mane olmadı. 1983-cü ildə Chicago şəhərinə köçüb və üç ildən sonra milli yayıma keçən yarım saatlıq səhər verilişinin aparıcısı olub . Beləliklə bütün Amerika onu tanıdı.
Du Won və Jin Suk Cheng, Forever 21 şəbəkəsinin qurucuları,sərvət-3,2 milyard dollar
Forever 21 geyim markasının qurucusu 1981-ci ildə ABŞ-ı fəth etmək üçün həyat yoldaşı Jan Sook ilə birlikdə gəlib. Əvvəlcə o, təmizləyici, qaz stansiyasında və kafeteryada köməkçi kimi işləməli olub. Həyat yoldaşı üçün ilk paltar mağazası 1984-cü ildə açıb və 11 min dollar xərclənyibi,beləliklə, ilk ildə 700 min dollar gəlir əldə olunub. Bu gün artıq Forever 21 şəbəkəsi 48 ölkədə 790 mağazadan ibarətdir.
Ralph Lauren, moda dizayneri, sərvət - 7,1 milyard dollar
Lauren köhnə Rus İmperatorluğunda mühacir ailəsinin dörd uşaqdan ən kiçiyidir. Ailəsi New York Bronx-da kiçik bir mənzildə yaşayıb. Yeniyetmə yaşlarında dostu gildə qonaq olanda, burada bir böyük soyunub-geyinmə otağını görüb. Və o eynisindən istəyib. Hərbidə xidmət etdikdən sonra kişi geyimi mağazasında qalstuk satıcısı kimi işləyib. 26 yaşında öz şirkətini açıb və ilk ildə 500 min dollarlıq qalstuk satıb. 30 il sonra Ralph Lauren şirkəti IPO təşkil edib və 465 milyon dollar cəlb edib. Bu gün şirkətin kapitalizasiyası 11 milyard dollardan çoxdur.
Jorj Soros, tacir, sərvət - 8 milyard dollar
Soros Budapeştdə anadan olub. İkinci Dünya müharibəsindən sonra Britaniyaya köçüb, qarsonluq edərək və stansiyadakı çamadanları daşımağa kömək edərək London İqtisadiyyat məktəbində təhsil almışdır. Universitetdən sonra Soros bir suvenir mağazasında işləmişdir. 1956-cı ildə Nyu-Yorka köçüb, sonra isə ilk hovuz fondlarından biri olan Quantum Fondunu təsis edib. 16 sentyabr 1992-ci ildə İngilis funtunun alman markına düşməsi nəticəsində 1 milyard dollar qazanıb. Hal-hazırda onun Soros Fondu 26 milyard dollarlıq aktivlər idarə edir.
Jan Kum, WhatsApp-in yaradıcısı, sərvət-9,5 milyard dollar
Jan Kum, Kiyev yaxınlığında anadan olub. 16 yaşındaykən anası ilə Kaliforniyaya köçüb, burada o, dövlət dəstəyi proqramı ilə mənzil alıb. Kum, hesabları ödəmək üçün yerli bir mağazada döşəmə yuyub. Daha sonra anasına xərçəng diaqnozu qoyulub və ailə işsizlik müavinatının hesabına yaşayırdı. Universitetini bitirmədən o Yahoo şirkətinə işə düzəlib. 2009-cu ildə dostu Brian Acton ilə birlikdə WhatsApp messengerini yaradıb və beş ildən sonra onu Facebook-a 22 milyard dollara satdılar.
Roman Abramoviç,sahibkar, sərvət- 11,5 milyard dollar
Abramoviç Saratovda anadan olub. Anası o, 1 yaşındaykən vəfat edib, dörd yaşından sonra isə atasını itirib.Tərbiyəsi ilə əmisi məşğul olub. Hərbidə xidmət etdikdən sonra Abramoviç plastik oyuncaqlar istehsalı ilə məşğul olan kiçik bir şirkət qurub. Sonra Abramoviç neft biznesinə qoşulub. 1997-ci ildə girov hərracında Abramoviç "Sibneft" səhmlərini satın alıb (sonra Boris Berezovskinin iddiası üzrə London məhkəməsində ifadə verərkən, o, hərracın həqiqətən fiktiv olduğunu etiraf edib). 2005-ci ildə iş adamı "Sibneftin"- i "Qazprom"- a 13,1 milyard dollara satıb və Forbes siyahısında 3 il üst sıraya rəhbərlik edib.
Larry Ellison, Oracle şirkətinin qurucusu və texniki direktoru, sərvət- 59 milyard dollar
9 aylıqında Larry pnevmoniya xəstəliyinə tutulub. Anası uşağı övladlığa götürən dayısı və bibisinə verib. Övladlığa götürən anasının vəfatından sonra o, kolleci buraxıb və səkkiz il müxtəlif şirkətlərdə çalışıb (daha sonra kolleci bərpa etmək üçün bir cəhd daha edib, lakin birinci semestrdən sonra yenidən buraxıb). 1977-ci ildə o,sonralar Oracle adına dəyişdirilən Software Development Laboratuarlar şirkətini qurub: investisiya yalnız 1200 dollar təşkil edib. Daha sonra şirkət CIA üçün məlumat bazası yaratmaq üçün iki illik müqavilə qazanıb. Bu gün Oracle Systems Corporation'ın kapitalizasiyası 192,5 milyard dollar təşkil edir.
Forbes siyahısı, Bloomberg məlumatlarına əsasən milyarderlərin sərvətinin 23 iyul 2018-ci il tarixinə kapitallaşma miqdarı əsasında təqdim olub.
Mənbə: bizplus.az
Şərhlər