Dünya 11:08 06.11.2017

Kataloniya lideri şərti azadlığa buraxıldı

Dünən Belçika polisinə təslim olan sabiq Kataloniya prezidenti Karles Puçdemon şərti azadlığa buraxılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Puçdemonla birlikdə 4 sabiq nazir də azad edilib. Onlar polis bölməsində ifadə verəndən sonra sərbəst buraxılıblar. Sabiq prezident və nazirlər Belçikanı tərk etməməli, sabit adresdə yerləşməli və polis tərəfindən çağırılanda şöbəyə getməlidirlər. 

Qeyd edək ki, dövlətə qarşı qiyam təşkilində və dövlət mülkünü qeyri-qanuni məqsədlər üçün istifadədə ittiham edilin sabiq prezident və nazirlər barədə İspaniya höküməti həbs qərarı çıxartmış, sonra isə bu qərarın Avropada da icra ediləcəyi vurğulanmışdı.

Gülşən
Qaynarinfo.Az