Xəbər lenti

Kataloniya prezidenti barədə həbs qərarı ləğv edildi
Dünya 16:50 05.12.2017

Kataloniya prezidenti barədə həbs qərarı ləğv edildi

İspaniya Ali Məhkəməsi Kataloniyanın sabiq prezidenti Karles Puçdemon və 4 hökümət üzvü barədə həbs qərarının ləğv edildiyini açıqlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, dövlətə qarşı qiyam və dövlət əmlakından qeyri-leqal məqsədlər üçün istifadədə ittiham edilən 4 sabiq nazir və prezident barədə beynəlxalq həbs qərarı və İspaniyaya təhvil tələbi ləğv edilib. 

Dünən Belçika məhkəməsi Karles Puçdemont və nazirlərin İspaniyaya təhvili barədə qərarın 14 dekabrda veriləcəyini açıqlamışdı. 
 
Qeyd edək ki, sabiq prezident 1 oktyabrda Kataloniyanın müstəqilliyi üçün referendum təşkil etmiş, daha sonra muxtar bölgənin müstəqilliyini elan etmişdi. Lakin İspaniya höküməti bu qərarı qəbul etməyərək Kataloniyanı muxtariyyət hüququndan məhrum etdi və bir çox rəsmi şəxs barədə həbs qərarı qəbul etdi. Bu qərardan sonra Puçdemon və bir sıra rəsmi şəxslər Belçikaya sığınmışdı.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->