Balakən rayonunun Katex kəndində Dəli çayda suyun səviyyəsinin qalxması nəticəsində əhaliyə dəymiş ziyan aradan qaldırılır.
Bu barədə Qaynarinfo-ya Katex kənd bələdiyyəsinin sədri Cavanşir Piriyev məlumat verib.
O, müvafiq qurumların hazırda kənddə olduğunu və bərpa işlərinin aparıldığını söyləyib:
"Hazırda icra başçısı, rayon fövqəladə hallar komissiyasının sədri, Su İdarəsinin, Suvarma Sistemləri İdarəsinin, Yol İdarəsinin rəhbərliyi və texnikaları burdadır. Bərpa işləri aparılır, bəndlər düzəldilir, körpü təmir edilir. Əhaliyə dəymiş zərər yavaş-yavaş aradan qaldırılır. Qaz idarəsi, İşıq idarəsi öz işlərini aparır. Elektrik verilişi dünən gecədən bərpa edilmişdi, lakin bəzi hissələrdə qaz yox idi, onun da verilişi bu saatlarda bərpa olunub. Yaşayış üçün tamamilə yararsız vəziyyətə düşən ev yoxdur. Ona görə də əhali köçürülməyib. Sadəcə, hasarı uçan evlər var ki, onların bərpasına da köməklik göstərilir".
Qeyd edək ki, iyunun 11-i saat 22:00 radələrində Balakən rayonunda yağan intensiv leysan yağış nəticəsində Katex kəndindən keçən "Dəli” çayda suyun səviyyəsinin qalxması nəticəsində 700-yaxın həyətyanı təsərrüfatı su basıb, 30-a yaxın kürsülü evlərin içərisinə su dolub.
Çingiz Səfərli
Şərhlər