Xəbər lenti

Köçəryan Paşinyanın oğlunu əsirlərlə dəyişməsi  fikri haqda: “Primitiv debilizmdir”
Dünya 15:53 10.06.2021

Köçəryan Paşinyanın oğlunu əsirlərlə dəyişməsi fikri haqda: “Primitiv debilizmdir”

Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri, Baş Nazirliyə namizəd Robert Köçəryan Talin sakinləri ilə görüşdə baş nazirin səlahiyyətlərini icra edən Paşinyanın öz oğlunu Bakıdakı əsir ermənilərlə dəyişdirmək fikrini primitiv dembilizm adlandırıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Ermənistanın nyus.am saytı yazıb.

"Əsirlər məsələsi ən həssas problemlərdən biridir. Gümrüdə əsirlərin valideynləri ilə görüşdüm. Ayıbdır ki, hələ də neçə əsirin, neçə nəfərin itkin olduğu məlum deyil. Onların valideynlərinin vəziyyəti çox ağırdır. Hətta vəziyyət o qədər qəlizdir ki, problemi onlarla müzakirə etmək belə çətindir. Ən pisi, dövlət itkin düşənlərin ailələrinin vəziyyətini azaltmağa çalışmır. Üç uşağı olan itkin şəxsin həyat yoldaşı var və heç kim ona kömək etmir”, - o deyib.

Köçəryan əlavə edib ki, əsirlərin geri qaytarılmasına gəlincə, Azərbaycana təzyiqi artırmaq lazımdır. Ümumiyyətlə, o, Xarici İşlər Nazirliyi və Parlamentin fəaliyyətini bu məsələdə son dərəcə təsirsiz kimi qiymətləndirib. 

"Əsirləri bizdən bəzi güzəştlər almaq üçün saxlayırlar. Ancaq Azərbaycan bunun mənasız olduğunu başa düşməlidir, yalnız öz nüfuzlarını itirirlər. Problem qaldırılan kimi dərhal bunu rusların, general Muradovun üstünə "atırlar” və onların (səlahiyyətlilərin) bununla heç bir əlaqəsi yoxdur. Azərbaycana təzyiq göstərəcəyik və məsələni həll edəcəyik.

Dövlət başçısının heç bir şey etmədiyini və əsirlərin daha 2 ay əsirlikdə qala biləcəyini söyləməsini isə mənəviyyatsızlıq hesab edirəm. Özü də cürbəcür şeylər vəd edir. Biz orta əsrlərdə yaşamırıq. Hamı bunun əhalinin müəyyən bir hissəsinə hesablanmış ucuz populist hiylə olduğunu başa düşür. Bunun baş tutmayacağı aydındır. Bunu necə təsəvvür edirsən? 21-ci əsrdə? Bu, primitiv debilizmdir. Fikrimi aydın ifadə etməyə çalışıram, amma bəzən düzgün ifadələrdən istifadə etməlisən. Debilizmə gəldikdə bu elə həmin haldır”, - Köçəryan deyib.

Xatırladaq ki, Nikol Paşinyan tərəfdarlarının mitinqində oğlu Aşotu əsirlərlə dəyişdirməyə hazır olduğunu elan edib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->