Xəbər lenti

Ölkə 12:04 16.04.2021

Keçmiş ANS-çiyə vəzifə verildi (FOTO)

ANS telekanalından tanıdığımız jurnalist Rüstəm Əbülfətoğluna yeni vəzifə verilib.

Qaynarinfo-nun Modern.az-a istinadən məlumatına görə, R. Əbülfətoğlu Medianın İnkişafı Agentliyində (MEDİA) təyinat alıb.

Jurnalistə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsi həvalə olunub.

Rüstəm Əbülfətoğlu ötən gün MEDİA-nın təşkilatçılığı ilə həyata keçirilən jurnalistlərin Ağdam səfərinə idarəçi kimi qatılıb.

Xatırladaq ki, jurnalist bundan öncə müxtəlif illərdə ANS, "Space” və "Azad Azərbaycan” telekanallarında müxbir, teleaparıcı və baş redaktor vəzifələrində çalışıb. Bir müddət mətbuat sahəsindən uzaqlaşan jurnalist son təyinata qədər özəl şirkətdə çalışıb.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?