Xəbər lenti

Keçmiş baş redaktor vəfat etdi
Ölkə 11:29 25.06.2019

Keçmiş baş redaktor vəfat etdi

Bu gün tarix elmləri namizədi, görkəmli alim, tanınmış yazıçı, tarixçi, publisist, ictiami-siyasi xadim, İsrafil Məmmədov vəfat edib.

Qaynarinfo xəbər verir ki, İsrafil Süleyman oğlu Məmmədov 1927-ci ildə Zəngəzur mahalının, Meğrı rayonunun  Əmrəkar kəndində anadan olub. İsrafil Məmmədov Orta məktəbi qızıl medalla bitirərək öz kəndində - bitirdiyi məktəbdə müəllimlik edib. 1990-cı il yanvarın 19-da ailəsi ilə birgə Bakıya pənah gətirib.

İsrafil Məmmədov bir sıra sahələrdə çalışıb. O, rayon qəzeti və paralel olaraq rayon radiosunun aparıcısı olub, həmçinin Meğrı rayon komsomol komitəsinin birinci katibi vəzifəsində işləyib. İrəvan Ali Partiya məktəbini bitərərək 1955-90-cı illərdə  keçmiş Ermənistan SSR-də Azərbaycan dilində nəşr olunan "Sovet Ermənistanı" adlı respublika qəzetinin son baş redaktoru olub. Keçmiş Ermənistan SSR Təhsil nazirinin müavini, Respublika "Bilik" Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, AMEA Tarix İnstitutunda "Ermənistanda Azərbaycan mətbuatı tarixi" üzrə baş məsləhətçi vəzifəsində çalışıb.

1972-ci ildə "Ermənistanda Azərbaycan mətbuatı" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Azərbaycanda və Ermənistanda 1991-ci ildən sonra 5 dissertasiyanın rəsmi opponenti, 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın elmi rəhbəri olub. Azərbaycanlıların ın yaşam fəlsəfi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində ensklopediyada 8,jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqalənin müəllifidir.

"Üç göyərçinim", "Eldarın uşaqları", "Bizim Əfəndiyev", "Hicran, Körpüdən", "Ömür yarpağı" hekayələri həm də erməni mətbuatında işıq üzü görüb. A.Gelmanın "Aləmlə üz-üzə", Y.Onelin "Qarağaclar altında məhəbbət", P.Pançevin "Əkizlər", Ə.Əbubəkrin "Şuburumda dava-dalaş", Q.Sundukyanın "Daha bir qurban" və başqa səhnə əsrlərini ana dilimizə çevirib. Erməni millətçiləri buna cavab olaraq 1968-ci ildə onun yaşadığı mənzili partladıblar.

Respublika radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində  "Erməni redaksiyası"nın müdiri olub. 1964-cü ildən İrəvan Pedoqoji Universitetində dərs deyib.
Prezidentin 25 may 2012-ci il tarixli Sərəncamı ı ilə İsrafil Məmmədova elm sahəsində "Dövlət Mükafatı" laureatı verilib. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->