Xəbər lenti

Keçmiş gözəllik kraliçası rahib oldu
Dünya 15:10 15.05.2013

Keçmiş gözəllik kraliçası rahib oldu

2009-cu ildə Tailandda transseksuallar üçün keçirilən gözəllik müsabiqəsində qalib olan Soravi Natte buddist monastrında rahib olmağa qərar verib. 

Qaynar.info-nun məlumatına görə, Tailandda 29 iştirakçını geridə qoyaraq, münsiflər heyətinin səsi ilə gözəllik kraliçası adına layig görülən Natte müsabiqəyə yoxsulluqdan və ailəsi məcbur etdiyi üçün qatıldığını açıqlamışdı. 

Anadangəlmə kişi doğulan Natte bu müsabiqəyə qatılan zaman heç bir plastik əməliyyat keçirməmişdi. 

Gözəllik müsabiqəsindən sonra silikonlarını əməliyyatla götürən gözəl, indi də Buddist monastrında kişi olaraq yaşayır. 

Liab Monastrındakı bir rahib, "Sorravi həm fiziki, həm də mənəvi cəhətdən 100 faiz kişidir" deyib. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->