Dünya 20:05 27.01.2020

Keks yarışması 60 yaşlı qadının sonu oldu

Avstraliyada təşkil olunan keks yemə yarışması faciəyə səbəb olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimal-şərqində yerləşən Quinslend əyalətinin Hervey Bay şəhərindəki otellərin birində "Avstraliya Günü" çərçivəsində təşkil olunan yemək müsabiqəsində 60 yaşlı qadın dünyasını dəyişib.

Yarışmada "Lamington" adı verilən şokolad sousu və Hindistan qozunda hazırlanan keksi müəyyən olunmuş müddətdə ən çox yeyə bilənlər yarışıb və qadın keksdən çox yedikdən sonra vəziyyəti pisləşib. Hadisə yerində ilk tibbi yardım göstərilsə də, xəstəxanaya aparılan qadın orda dünyasını dəyişib.
 
Camal