Kəlbəcərdə göldə boğularaq ölən zabit dəfn olundu (YENİLƏNİB/FOTO)

Kəlbəcərdə göldə boğularaq ölən zabit dəfn olundu (YENİLƏNİB/FOTO)

Kəlbəcərdə göldə boğularaq ölən Azərbaycan Ordusunun zabiti torpağa tapşırılıb.

"Report"un məlumatına görə, kapitan İlham Fərzəliyev Göygöl rayon ərazisində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn olunub.

Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
 
10.37

Kəlbəcər rayon ərazisində Böyük Alagöl gölündə boğularaq ölən 1981-ci il təvəllüdlü, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun nəşi ailəsinə təhvil verilib.

"Report"un məlumatına görə, hazırda onunla ailəsinin yaşadığı Gəncə şəhərində vida mərasimi keçirilir.

Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və sakinlər iştirak edir.

O, Göygöl rayon ərazisində yerləşən Kəlbəcər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, İ.Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.

O, Vətən müharibəsinin iştirakçısı olub və "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
X
XƏBƏRLƏR
BLOGLAR