Foto 15:53 05.11.2017

Kemal Sunalın "Qarip" filmindəki balaca qız illər sonra (FOTOLAR)

Türkiyənin əfsanəvi aktyoru Kemal Sunalın "Qarip" filmində "Fatoş" obrazını canlandıran qız illər sonra ortaya çıxıb.

"Qaynarinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, illər öncə məşhur aktyorla eyni filmdə rol alan balaca qızın əsil adı Ece Altondur. 

O, "Qarip" filmindən sonra "Gecenin Öteki Yüzü" (serial), "Beyaz Bisiklet", "Keşanlı Ali Destanı", "Öncüler Çocuk Kulübü" (serial), "Emel Sayın ile 23 Nisan klipleri" və "Halit Kıvanç ile TRT Çocuk Şenliği" kimi layihələrdə iştirak edib. Bir müddət sonra uşaq ssenariləri gəlmədiyi üçün kameralardan uzaqlaşır.

O, İstanbul Universitetinin "İtalyan dili və ədəbiyyatı" fakültəsini bitirib. Universitet illərində bir turizm şirkəti ilə tanış olandan sonra turizm sahəsində çalışmağa başlayıb. Həyatını turizmə sərf edən E.Alton hazırda 5 otaqlı bir motelin sahibidir.

Onun illər sonra çəkilən fotolarını sizlərə təqdim edirik:






 
Qaynarinfo.Az