Ölkə 16:46 11.06.2019

Kəmaləddin Heydərov onu vəzifədən azad etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub. 

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb. Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər:

"Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə - mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”.

Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.