Xəbər lenti

Kəmaləddin Heydərov yeni rəis təyin etdi
Ölkə 10:23 30.12.2025

Kəmaləddin Heydərov yeni rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinə yeni rəis təyin olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Samir Musayev gətirilib.

Qeyd edək ki, bundan əvvəl Bəxtiyar Tağıyev FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsindən azad olunub. O, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəis müavini təyin edilib.

Əhməd
--> -->