Xəbər lenti

Türkiyədə İŞİD əməliyyatı: 21 vilayətdə 300-dən çox şübhəli saxlanıldı
Dünya11:53 30.12.2025

Türkiyədə İŞİD əməliyyatı: 21 vilayətdə 300-dən çox şübhəli saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İstanbul və Ankara şəhərləri də daxil olmaqla, 21 vilayət və şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" sosial media hesabında məlumat verib.
Onun sözlərinə görə, keçirilən əməliyyatlar nəticəsində 357 İŞİD şübhəlisi saxlanılıb.
Qeyd edək ki, İstanbulda tutulmuş şəxslərin arasında Yalovada 3 polisi həlak edən terrorçularla əlaqəli olanlar da var.