Ötən gün "Keşlə" və "Qəbələ" klubları arasında keçirilən Azərbaycan kubokunun final oyununu bir sıra məşhur simalarla yanaşı, onların ailə üzvləri də izləyiblər.
Qaynarinfo ölke.az-a istinadən xəbər verir ki, matçı izləyənlər arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu, "Qəbələ" futbol klubunun prezidenti Tale Heydərov və nazirin nəvələri də olublar.
Qeyd edək ki, matç 1:0 hesabıyla "Keşlə"nin qələbəsiylə başa çatıb və paytaxt təmsilçisi tarixində ilk dəfə ölkə kubokuna yiyələnib.
Şərhlər