Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, qurbanların bir qisminin fotoları yayımlanıb. Onların əksəriyyəti 5-13 yaşlı azyaşlılardır.
Qeyd edək ki, faciə nəticəsində 50-dən çox insan yaralanıb, 70-ə qədər şəxs isə itkin düşüb.
Şəhərdə 3 günlük matəm elan ediləcək.
Gülşən
Şərhlər