Ölkə 19:33 23.04.2021

Kənd və qəsəbələrdə işləyən tibb işçilərinə də əlavələr veriləcək

"Hazırkı qaydalara görə, kənd və qəsəbə tibb məntəqələrdə çalışan həkimlərə 200 manat məbləğində sabit həvəsləndirici əlavələr nəzərdə tutulub”.

Qaynarinfo xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə "İcbari tibbi sığorta sistemində tibb işçilərinin əməkhaqlarının hesablanması qaydası” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, orta, kiçik tibb heyəti üçün hazırda tədbirlər görülür:

"Yəqin ki, yaxın vaxtlarda onlar üçün də həvəsləndirici əlavələr veriləcək”.

Y.Mahmudzadənin sözlərinə görə, bu əlavələr vəzifə maaşları və staja görə əlavələr istisna olmaqla, nəzərdə tutulub.