"Kəpəz" fəaliyyətini davam etdirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra açıqlama verən baş katib Gəncə təmsilçisinin yeni mövsümdə I divizionda çıxış edəcəyini bildirib.
Qeyd edək ki, "Kəpəz" 2017/18 mövsümündə futbol Topaz Premyer Liqasında sonuncu yeri tutub.
Şərhlər