"Kəpəz"in baş məşqçisi Şahin Diniyev istefa verib. "Qaynarinfo" xəbər verir ki, 51 yaşlı mütəxəssis qərarını "Səbail"ə 2:3 hesablı məğlubiyyətdən sonra açıqlayıb.
Şahin Diniyev bildirib ki, istefa ərizəsini artıq klubun Müşahidə Şurasının üzvü İslam Abbasova təqdim edib: "İstefa vermək bir mədəniyyətdi. Bunu etmək üçün özündə güc tapmaq lazımdı. Mən də bunu edirəm. Artıq "Kəpəz"in baş məşqçisi deyiləm. Azarkeşlərdən üzr istəyirəm".
Qeyd edək ki, hazırda "Kəpəz" 12 oyundan sonra 7 xalla sonuncu pillədə qərarlaşıb.
Qaynarinfo.Az
Şərhlər