İspaniya La Liqasında lider "Real"ın ulduzu Kərim Benzema ölkəsinin ən nüfuzlu mükafatlarından birinə layiq görülüb.
Qaynarinfo xəbər verir ki, hücumçu "France Football" tərəfindən 2021-ci ilin ən yaxşı fransız futbolçusu seçilib. O, sözügedən mükafatı dördüncü dəfə qazanıb.
Benzema bu mükafatı alanlar arasında yalnız Tyeri Anridən geri qalır. 1959-cu ildən bəri təsis edilən mükafatı ən çox qazanan futbolçu Fransa millisinin sabiq futbolçusu olub. Anri 2000, 2003, 2004, 2005 və 2006-cı illərdə ən yaxşı fransalı futbolçu adına layiq görülüb.
Pandemiya səbəbindən 2020-ci ildə verilməyən mükafatı 2018 və 2019-cu illərdə PSJ-nin ulduzu Kilyan Mbappe qazanmışdı.
Bununla bağlı sosial media hesablarında paylaşım edən Kərim "Qürurlu" mesajını yazıb.
Benzema bu mövsüm "Real"ın formasında 26 oyunda 23 qola, 9 məhsuldar ötürməyə imza atıb.
Səbuhi Həsənov
Şərhlər