Meyxanaçı Ağamirzə şair Nazilə Səfərlinin meyxanaçı Ağakərimin oğlu Kamilin atasına psixotrop iynələr vurması ilə bağlı iddialarına cavab verib.
Qaynarinfo xəbər verir ki, "Instagram" hesabında videopaylaşım edən Ağamirzə məsələyə belə aydınlıq gətirib:
"Qarşıma bir videoyazı çıxdı. Biri Kərim haqda danışır. Ona yanlış məlumat verilib. Kərimə çox gözəl baxılır. Ona ancaq həkimin yazdığı dərmanlar verilir. Bunu polislə, həkimlə öyrənmək olar. Mənliyimə and olsun ki, ailəsi Kərimə çox yaxşı baxır. Oğlu da çox yaxşı oğlandır. Nazənin (N.Səfərlini nəzərdə tutur-red.) xanıma gəldikdə isə, o bizə hər zaman qardaş deyib. Ola bilsin, yanlış məlumatlar verilib”.
Qeyd edək ki, bir müddət əvvəl şair N.Səfərli Ağakərimə oğlunun pis baxdığını, ona psixotrop dərmanlar verdiyini, bağ evini 150 minə satdığını iddia edib. Meyxanaçının oğlu Kamil şairi polisə şikayət etmiş, daha sonra ərizəsini geri götürdüyünü açıqlamışdı.
Şərhlər