İdman 21:17 24.06.2021

"Keşlə" portuqaliyalı hücumçu ilə müqavilə bağladı

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, payaxt təmsilçisi Anqola əsilli portuqaliyalı hücumçu Aldair Sapalo Amaro Neto ilə müqavilə bağlayıb.

Sözləşmənin müddəti 1 il təşkil edir.

Qeyd edək ki, 27 yaşlı forvard son klubu Şimali Makedoniyanın I liqasında çıxış edən "Pelister" olub.