"Keşlə"nin baş məşqçisi akkreditasiya kartını namaz otağında unudub

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XI tur oyununun ikinci hissəsinə beciksiz (akkreditasiya kartı - red) çıxıb.

"Report"un məlumatına görə, 48 yaşlı mütəxəssis matçdan sonra bunun səbəbini açıqlayıb.

O, akkreditasiya kartını fasilə zamanı namaz otağında qoyduğunu bildirib: "Becikim birinci hissədən sonra ibadət otağında qalmışdı. Matçın ikinci hissəsində gətirib verdilər".

Bu mövsümdən etibarən becik taxmayan klub rəsmiləri, o cümlədən, baş məşqçilər AFFA İntizam Komitəsi tərəfindən pul cəzasına məruz qalırlar.

Qeyd edək ki, görüş "Keşlə"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
XƏBƏRLƏR
BLOGLAR