Xəbər lenti

Kəşmirdə qarşıdurmalarda 413 nəfər öldürülüb
Dünya 11:39 29.11.2018

Kəşmirdə qarşıdurmalarda 413 nəfər öldürülüb

Hindistanın Cammu və Kəşmir əyalətində təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında qarşıdurmalarda bu il ərzində 413 nəfər həyatını itirib.

Qaynarinfo xəbər verir ki, 2017-ci ildə bu rəqəm 384, 2016-cı ildə isə 247 olmuşdu. 

Qeyd edək ki, Kəşmir Hindistan və Pakistan arasında mübahisəli ərazi hesab edilir. Əhalisinin 90%-i müsəlman olan Kəşmir xalqı 1947-ci ildə Pakistana birləşmək istəsə də, dövrün kralı fərqli qərar çıxararaq ərazini Hindistanın tərkibinə daxil edib. 

Bölgədə Hindistan və Pakistan arasında 1947, 1965 və 1999-cu illərdə müharibə başlayıb. Hazırda Kəşmirin 45%-i Hindistanın, 35%-i Pakistanın, 20%-i isə Çinin nəzarətindədir. 

Cammu və Kəşmir əyalətində qruplar 1989-cu ildən bəri müstəqillik və ya Pakistana birləşmək uğrunda mübarizə aparır.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->